Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aksiyaçılar sosial vəziyyətlərinin ağır olması və onlara kompensasiya verilmədiyi üçün etiraz edirlər. Məlumata görə, polis aksiyaçıların oradan uzaqlaşdırmaq üçün müdaxilə edərək onlara fiziki zor tətbiq edib. Aksiyaçılardan saxlanılan olsa da, sonradan onlar sərbəst buraxılıb. Aksiya ilə bağlı Saatlı rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarov müavinləri ilə birlikdə ora gəlib və sakinlərlə danışıqlar aparır. Hazırda aksiya davam edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır