10 mart 2011 - 20:30

"Oğlum Hacı Zülfüqarla fəxr edirəm!"

Xəbər verdiyimiz kimi Hafizi Quran, Quran və Hədis elmləri üzrə mütəxəssis alim Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib.

İslam-Azeri.az İnternet qəzeti məhkəməyə gəlmiş Hacı Zülfüqar Mikayılzadənin atası Məşhədi Sədrəddin Mikayılovdan müsahibə alıb.

 

- Oğlunuz necədir, səhhəti haqda nə deyə bilərsiniz?

 

- Bismillahir Rəhmanir Rəhim. Hacı Zülfüqarın vəziyyəti yaxşıdır. Özünü yaxşı hiss edir. Düzdü, onunla görüşməyimə imkan yaradılmayıb. Lakin məktub vasitəsilə o bizə bildirib ki, səhhəti yaxşıdır, heç bir problem və qorxuya əsas yoxdur.

 

- Bəziləri belə bir şaiyə yayıblar ki, guya Hacı Zülfüqar nədənsə peşman olub. Bu haqda nə deyə bilərsiniz?

 

- Mən onu deyə bilərəm ki, Hacı Zülfüqar Hafizi Qurandır və buna görə də o, İslamı gözəl başa düşüb, təbliğ edir. O nə deyibsə, sözünün dalında durub, o heç vaxt sözündən dönməyəcək. İslam həqiqətdir, Quran onun qəlbində və beynindədir, o, dediyi həqiqətlərdən geri dönməyəcəkdir.