Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu həbsdən bir neçə gün sonra Mövsüm Səmədov Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunub.
AİP sədrinə qarşı qaldırlıan bu qanunsuz ittihanmlarını ləğv etmək üçün bu günə qədər 4 məhkəmə prosesi keçirilib. Qeyd edək ki, keçirilən məhkəmə prorselərində heç bir vəsatət təmin olunmayıb.
Anar Qasımov bu həftənin sonu Avropa məhkəməsinə müraciət edəcəklərini bildirib: "Sonuncu məhkəmənin qərarı bu gün bizə təqdim olundu. Təqdim olunan qərarda vəsatətimiz qəbul olunmayıb. Artıq bu gündən etibarən bütün sənədlər yığılaraq, həftənin sonuna kimi Avropa məhkəməsinə təqdim olunacaq. Bundan sonra Avropa məhkəməsində işə baxılacaq.
Qeyd edək ki, yanvarn 7-də saxlanılan partiya lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır