3 mart 2011 - 20:30

ABŞ xarici işlər naziri Hillari Klinton, 4 il əvvəl itən keçmiş FBİ agenti Robert Levinsonun yaşadığını və Cənub qərbi Asiyada olduğuna dair işarələr əldə etdiklərini bildirib. Klinton İran hökumətinin köməyini xaiş edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Klinton yayımladığı açıqlamada, Robertin Cənub-qərbi Asiyada məhkum olduğunu bildirib. Robertin ailəsinə qovuşmasını təmin etmək üçün insani yardımları İran hökumətindən xahiş edirik.

Qeyd edək ki, Robert Levinson, 2007-ci ildə İranın Kiş adasında itmişdi. ABŞ, İrandan neçə dəfə Levinsonun itməsiylə əlaqədar açıqlama istəmişdi. Ancaq İran rəsmiləri keçmiş agentin aqibəti mövzusunda heç bir məlumata sahib olmadıqlarını bildirmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır