Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aksiyada ilkin olaraq çıxış edən kənd ağsaqqalı Natiq Kərimov, keçirdikləri etiraz aksiyasının səbəbinin yalnız sosial problemləri ilə əlaqədar olduğunu söylədi. Artıq neçə aydır qazsızlıqdan əziyyət çəkdiklərini deyən kənd ağsaqqalı, hakimiyyət strukturlarından problemlərinin tezliklə həll edilməsini tələb edib.
Bundan sonra çıxış edən kənd ağsaqqallarından Hacıağa Nuriyev tezliklə problemlərinin həll edilməsini istədiklərini bildirib. Hacıağa Nuriyev bu problemlərə görə məsuliyyəti məmurların daşıdığını söyləyib.
Sonra çıxş edən Nardaran kənd məscidinin axundu Seyyid Musa Rza, qazsızlıqdan həddən artıq əziyyət çəkdiklərini bildirərək, tezliklə bu problemin həll edilməsini tələb edib.
Sonda aksiyaçılar problemin həll edilməməsi müqabilində bundan sonra daha da geniş formada aksiyalar keçirəcəklərini bildiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır