Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sionist rejimin mühakimə müşaviri Yəhuda Vaştayn bu rejimin xarici işlər naziri Aviqdor Libermanı korrupsiyya, çirkli pulların yuyulması və xalqın etimadından sui-istifadə etməkdə günahlandırıb. Beləliklə də onun mühakimə edilməsini zəruri adlandırıb.
Sözü gedən radionun məlumatına əsasən, gələn həftə ərzində bu haqda qəti qərarlar çıxarılacaq və Libermanın fevralın axırına qədər mühakimə edilməsi gözlənilir.
Liberman sionist rejim xarici işlər nazirlik vəzifəsini qazandığı gündən dəfələrlə çirkli pulların yuyulması və korrupsiya ittihamı ilə istintaq olunub.
Bundan əvvəl də sionist rejimin bir çox hökumət nümayəndəsi korrupsiya və əxlaqsızlıqda günahlandırılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.