Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının İslami Şura Məslisinin (parlament) sədri Əli Laricani Azərbaycana yazda səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib.
Diplomat deyib ki, səfər Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun dəvəti ilə baş tutacaq: “Səfər bir neçə dəfə təxirə düşsə də, inşallah baharda gerçəkləşəcək”.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır