Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: General-mayoru Möhsün Rzayi Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi Qətər hökumətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Sani ilə görüşərək danışıqlar aparıb.
General-mayor Möhsün Rzayi görüş zamanı İranın çətin günlərdə və mürəkkəb şəraitdə Qətərə göstərdiyi yardıma toxunaraq iki ölkə arasındakı dostluq və qardaşlığı vurğulayıb.
Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-yə etimad göstərmədiklərini və bu ölkənin dəfələrlə diplomatiyaya və danışıqlara xəyanət etdiyini bildirərək xəbərdarlıq edib: “ABŞ İrana qarşı hər hansı düşmənçilik addımına başlayarsa, onların hərbi və iqtisadi maraqlarına tarixə düşəcək bir zərbə vuracağıq.”
General-mayor Möhsün Rzayi sözlərinə davam edərək bildirib: “ABŞ əvvəlcə İranın şərtlərinin yerinə yetirilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan sonra İran Hörmüz boğazını yenidən açacaq.”
Qətər hökumətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Sani də çətin şəraitdə İran İslam Respublikasının göstərdiyi yardıma və iki ölkə arasındakı qardaşlıq münasibətlərinə görə təşəkkürünü bildirərək deyib: “İran İslam Respublikası ilə əməkdaşlıq məsələsində heç vaxt tərəddüd etməmişik.”
O əlavə edib: “Regionda mövcud həssas şəraitdə məsuliyyət hissinə əsaslanan yanaşma ilə hər zaman İranla əməkdaşlığa hazırıq.”
Sizin rəyiniz