Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirdə yanvarın 28-də internet tam kəsilib. Ölkədə demək olar ki, bütün provayderlərin işi eyni zamanda dayanıb. Ölkə prezidentinin, hökumət qurumlarının saytları da açılmır.
Bundan əvvəl Misirdə “Facebook” sosial şəbəkəsinin və “Twitter” xidmətinin fəaliyyəti də dayanmışdı.
Ölkədə prezident Hüsnü Mübarəkin istefası tələbi ilə yanvarın 25-dən başlayan aksiyalar səngimək bilmir. İndiyə qədər aksiyalarda 7 nəfər ölüb.
Qeyd edək ki, artıq yaxın şərq ölkələri illərlə sionistlərin xalqlar üçün təyin etdikləri muzdurların çirkin siyasətindən bezərək haqq və ədalət ardıcılların tələbindədirlər. Beləki Tunis, Yəmən, Misr, iordaniya, Türkiyə və Azərbaycanı buna misal gətirmək olar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır