24 yanvar 2011 - 20:30

Hicab qadağasına amin demək Allah əmrinə qarşı çıxmaqdır və bu mövqedə dayananlar küfrə məhkumdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin mətbuat xidməti açıqlamasında bildirib: Azərbaycan Respublikasında dindarlara qarşı açılmış cəbhədən şərəfsiz hücumlar güclənməkdədir. Ötən gün Azərbaycan İslam Partiyasının daha bir komitə sədri həbs olunub. AİP-in Masallı rayon komitəsinin sədri Elnur Xudaverdiyevin mənzilində aparılan qeyri-qanuni əməliyyat gedişində komitə sədri həbs edilib və onun haraya aparıldığı məlum olunmasada sonradan azadlığa buraxılıb. Ötən gün Masallı şəhərinin Xil kənd ruhanisi Abbasov hacı Fəramərzi də saxlanılıb. Polis onun evindən silah-sursat “tapıb”. Masallıda dindarların həbsinə qarşı etiraz aksiyası keçirilib. Kənd sakinləri bu həbsi son günlər İslam Partiyası fəallarının həbsinin davamı kimi dəyərləndiriblər. 100-ə qədər dindar din xadimlərinin həbsdən azad edilməsi tələbilə rayon polis şöbəsinin qarşısında aksiya keçirib.

* * *

Repressiyaların labüd sonluqlarından biri tərəflər arasında tərkib dəyişməsidir. Cəmiyyət baş verən hadisələrə heç zaman biganə deyil. Repressiyaya məruz qalan tərəfdə daim saflaşma, möhkəmlənmə gedir. Rejimi təmsil edən ədalətsevər insanlar onun cəmiyyətə aramsız təzyiqlərinə etiraz olaraq xalqa qoşulur, əksinə xalq və müxalifət arasındakı zəif iradəli və rahatlıqsevər insanlar rejimin tərəfinə keçir.

Ötən gün QMİ-nin qarşısında minə yaxın dindarın toplanması repressiyaların rejimi zəiflətdiyini, əks cəbhəni gücləndirdiyini göstərir. Eyni zamanda Şeyxülislam Paşazadənin xalqın qarşısına çıxmaması, rejimin Azərbaycan İslam Universitetinin rektoru Sabir Həsənli kimi nökərini irəli verməsi dini kəsimin saflaşmasına, riyakar insanların bu cəbhəni tərk edib rejimə qoşulmasına sübutdur.

Azərbaycan İslam Universitetinin rektoru Sabir Həsənli bildirib:

“Dövlət, Təhsil Nazirliyi (hicab məsələsində) öz mövqelərini konkret olaraq ifadə ediblər. QMİ-yə gəldikdə isə o, elə, dövlətin mövqeyindən çıxış edir”.

Bir qədər öncə QMİ sədrinin sözcüsü Rəhimə Dadaşovanın "Mazlumder" rəsmiləri ilə görüş zamanı Şeyxin ilk açıqlamada hicaba dəstəyinə diqqət çəkməsi QMİ daxilində parçalanma və ya QMİ rəhbərliyinə hansısa təzyiqlərdən xəbər verir. İstənilən bir halda, Şeyxülislam başda olmaqla QMİ-nin bu məsələdə rejimə dəstək verməsi, hicab qadağasına amin deməsi idarə və şeyxülislama qarşı fitva ilə sonuclana bilər. Hicab qadağasına amin demək Allah əmrinə qarşı çıxmaqdır və bu mövqedə dayananlar küfrə məhkumdur.

HHQM MK-nın mətbuat xidməti

e-mail: hicab-mk@mail.ru

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır