Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən 9 ayda İrandan xarici ölkələrə satılan neft məhsulları, qaz və neft-kimya ixracatçıları ittifaqının sədri Seyid Həmid Hüseyni bildirib ki, ötən 9 ayda 6,5 milyard dollar dəyərində neft məhsulları satılıb.
Bu isə ötən ilin analoji müddəti ilə müqayisədə iki dəfə artımı göstərir.
Onun sözlərinə görə, müxtəlif yağ növləri, parafin, kükürd və qır İrandan xaricə satılan neft-kimya məhsulları sırasındadır.
Hüseyni neft-kimya məhsullarının ixracat vəziyyəti haqda qeyd edib ki, ötən 9 ayda təxminən 3 milyard 881 milyon dollar neft-kimya məhsulu xarici ölkələrə satılıb və bu rəqəm cari günəş ilində 5 milyard 319 milyon dollara çatmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır