13 noyabr 2010 - 20:30

İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami: “Mahmud Əhmədinejadın Azərbaycana səfəri Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə və Xəzəryanı ölkələrin başçılarının Bakıda keçiriləcək sammitində iştirak məqsədilə həyata keçirilir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bidirib: Mahmud Əhmədinejadın Azərbaycana səfəri Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə və Xəzəryanı ölkələrin başçılarının Bakıda keçiriləcək sammitində iştirak məqsədilə həyata keçirilir. Səfər çərçivəsində səmimi görüşlərin nəticəsi olaraq müəyyən sənədlərin imzalanması da gözlənilir. Regionda olan bəzi mürəkkəb məsələlər region ölkələrinin birgə səyi nəticəsində həll olmalıdır. Kənar dövlətlər bu işlərə müdaxilə etməməlidir. Onlar regionda məsələlərin həllini istəmirlər. Çünki bu işlərin həll olması onların xeyrinə deyil. Xəzər dənizinin hüquqi statusuna aid məsələdə də 5 ölkənin aidiyyəti orqanları və rəhbərlərinin birgə müzakirələri nəticəsində öz həllini tapacaq. İran İslam Respublikası regionda və beynəlxalq aləmdə təsiredici gücə malik ölkələr sırasındadır. Biz yadların regionda ədalətsizlik etmələrinə biganə qala bilmərik.

Səfir bildirib ki, iki ölkənin rəhbərlərinin tapşırıqlarına görə, iqtisadi və mədəni əməkdaşlıq sahəsində proqramlar hazırlanır və bu sahədəəyyən işlər görülür: “İranın Azərbaycanla müştərək tarixi bağlıları var. Din, dil, mədəniyyət baxımından ayrılıq yoxdur. Su sərhədlərindən başqa 700 kilometrdən artıq quru sərhədlərimiz var. İran və Azərbaycanın siyasəti regionda sülh, sabitlik və inkişafın hakim olması üzərində qurulub. İki ölkələrinin qarşılıqlı səfərləri nəticəsində iki ölkənin hazırkı əlaqələri çox yaxşıdır. Bank, enerji, ticarət, mədəniyyət, tikinti, sığorta, kənd təsərrüfatı və digər sahələrdə əlaqələr yüksək səviyyədədir”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır