17 sentyabr 2010 - 19:30

Fransanın Qrenobl şəhərində baş verən iğtişaşlar zamanı 60-a yaxın avtomobil yandırılıb.

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən “Associated” Press-in yaımına görə, Fransanın cənub-şərqində yerləşən Qrenobl şəhərində oğurluqda günahlandırılaraq axtarışda olan 27 yaşlı şəxsin iyulun 16-da polis tərəfindən açılan atəş nəticəsində öldürülməsinə etiraz olaraq bir qrup yeniyetmə tərəfindən başlanan etiraz aksiyası ciddi çaxnaşmaya çevrilib.

İyulun 16-dan 17-nə keçən gecə gənclər şəhər küçələrində 60-a yaxın avtomobili yandırıblar, çoxlu sayda mağazaya ziyan dəyib. Hətta yeniyetmələr polisə də hücum etməyə cəhd ediblər. Gözyaşardıcı qazdan istifadə edən polis aksiya iştirakçılarını dağıda bilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Fransada bu tip hadisələrə son illər tez-tez rast gəlinir. Belə ki, 2010-cu ilin yanvarın 1-dən bu günə qədər baş verən qarşıdurmalar nəticə