Əhl Beyt-ABNA-xəbər agentliyi əcnəbi press agentliylərinin verdikləri xəbərə əsasən Bu gün İstanbul şəhərində Türkiyə ilə Azərbaycan arasında təbii qaz sahəsində saziş imzalanıb. imzalanma mərasimi Türkiyənin xəbər televiziyaları tərəfindən canlı yayınlanıb.

Sazişə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imza atıblar.

Keçirilən birgə mətbuat konfransında çıxış edən T. Yıldız sazişin 3 təməl məsələni əhatə etdiyini deyib. O bildirib ki, sənəddə Azərbaycandan daha əvvəl alınmış təbii qazın qiymət fərqinin ödənməsi, “Şahdəniz-2” layihəsindən alınacaq qazın qiyməti və miqdarı, eləcə də qazın tranzit tarifləri əksini tapıb. Türkiyəli nazir daha əvvəl köhnə tariflə alınmış təbii qaza görə Azərbaycana nə qədər pul ödənəcəyini açıqlamayıb. O, “hər iki ölkə arasında mövcud olan güclü əlaqələr bundan sonra da davam edəcək. Azərbaycanlı qardaşlarımızı təbrik edirəm”, deyə sözünü tamamlayıb.

N. Əliyev isə sazişin imzalanmasını çox böyük və tarixi hadisə adlandırıb.

“Media forum” saytı “Trtazerbaycan.com”a istinadla xəbər verir ki, "Çırağan" sarayında keçirilən görüş yarım saata yaxın davam edib.

Görüşdən sonra İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan Mabeyn salonunda Azərbaycanla Türkiyə arasında qaz sənədlərinin imza törəninə qatılıblar.