Jamejamonline xəbər verir ki, Vaşinqton Universitetinin professoru Novam Çamski Livanın müxtəlif məntəqələrində səfərdə olub. Ağ Ev siyasətinin ən qatı tənqidçisi olan Çamski İsrailin Livana hücumu ilə başlayan 33 günlük müharibənin Ağ Ev tərəfindən qızışdırıldığını bildirib. O deyib ki, ABŞ-ın Yaxın Şərq siyasətində heç bir dəyişlik olmayıb və gözlənilmir. Çamski qeyd edib ki, Ağ Evin qərarlarında son sözü ölkəsindəki sionist lobbi deyir.