Belarusda İranın birinci və ən böyük mis məftil istehsal edən zavodu xüsusi sektorun 100 faizlik sərmayəsi əsasında istifadəyə verilib .İranın sənaye və mədən naziri Əliəkbər Mehrabiyan Minskdə bu zavodun istifadəyə verilməsi mərasimindən öncə deyib: “İranın Belarusda mis məftil istehsal edən zavodunun xammalı mis kompleksindən təmin olunur və il ərzində bu kompleksdə 34 min tondan artıq mis məftil istehsal olunmalıdır.” Belarusun sənaye naziri Aleksandr Radoviç bəyan edib ki , bu böyük layihənin iranlı mütəxəssis və mühəndislərin iştirakı ilə istifadəyə verilməsi sevindiricidir”