Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına işarə edərək "Qərbi Asiyada siyasi həll yollarının inkişafı; dialoq və davamlı sülh üçün vasitəçilik” mövzusunda keçirilən iclasında çıxışı zamanı bildirib:
“Qərbi Asiya getdikcə daha çox böhrana sürüklənir və bunun nəticələri regionun hüdudlarından kənara yayılır.”
O, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi prinsiplərinə əsaslanan Fars körfəzi üçün yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasının vacibliyindən danışıb.
Antonio Quterreş İranın nüvə proqramı ətrafında danışıqların aparılmasının vacibliyini də vurğulayıb.
Sizin rəyiniz