21 may 2026 - 17:58
Source: IRNA
Netanyahu kabinetində “Sumud Donanması” saxlanılanlarına qarşı qeyri-insani rəftardan sonra qalmaqal

“Sumud Donanması” fəallarının Əşdod limanına köçürüldükdən sonra alçaldıcı rəftara məruz qalmasını əks etdirən videoların yayılmasından sonra sionist rejim kabinetində daxili ixtilaflar daha da dərinləşib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Sumud Donanması” fəallarının Əşdod limanına köçürüldükdən sonra alçaldıcı rəftara məruz qalmasını əks etdirən videoların yayılmasından sonra sionist rejim kabinetində daxili ixtilaflar daha da dərinləşib.

Belə ki, rejimin xarici işlər naziri İtamar Ben-Qviri rejimin beynəlxalq imicinə qəsdən zərbə vurmaqda ittiham edib.

Ben-Qvirə yönələn tənqidlər yalnız xarici işlər naziri ilə məhdudlaşmayıb. Müxalifət lideri Yair Lapid də hadisəyə münasibət bildirərək məsuliyyətin Binyamin Netanyahunun üzərində olduğunu bəyan edib və sionist rejimin baş nazirinin “cinayətkar bir şəxsi” kabinetə daxil etməklə bu vəziyyətin birbaşa məsuliyyətini daşıdığını bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha