16 may 2026 - 11:38
Source: IRNA
İmam Müctəba Xamenei: Fars dili İranın zəngin mədəniyyəti və sivilizasiyasının təbliği üçün ən böyük imkanlardan biridir

İslam İnqilabının Ali Rəhbəri fars dilinin qorunması günü və müdrik Əbülqasim Firdovsinin anım günü münasibətilə yayımladığı mesajda vurğulayıb: Fars dili yalnız danışıq və yazı vasitəsi deyil, həm də iranlıların düşüncə bağını, idrak çərçivəsini və milli kimlik sərhədlərini formalaşdırır və İslami İranının zəngin mədəniyyəti və sivilizasiyasının qlobal miqyasda tanıdılması üçün ən böyük imkanlardan biridir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Ordibehişt ayının 25-i – fars dilinin qorunması günü və müdrik Əbülqasim Firdovsinin anım günü münasibətilə mesajının mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Fars dili yalnız danışıq və yazı vasitəsi deyil, həm də iranlıların düşüncə bağını, idrak çərçivəsini və milli kimlik sərhədlərini formalaşdırır. Fars dili və ədəbiyyatı İslami İranın zəngin mədəniyyəti və sivilizasiyasının dünya miqyasında yayılması üçün ən böyük imkanlardan biridir. Müdrik və şəhid Rəhbərimizin – Allah onun məqamını uca etsin – fars dilinin gücləndirilməsi ilə bağlı tövsiyəsi “İran–İslam sivilizasiyasının” qüdrət yolunu işıqlandıran bir mayakdır.

Əziz İran xalqı üçüncü müqəddəs müdafiə dövründə də əvvəlki iki məcburi müharibədə olduğu kimi sübut etdi ki, Firdovsinin qəhrəmanlıq dastanları onların həyatının və xarakterinin gerçək təcəssümüdür. “Şahnamə”nin insan yetişdirən, qəhrəmanlıq ruhlu və Qurani məfhumları İranın bütün etnik qruplarını və ictimai təbəqələrini öz kimliyini, kökünü və istiqlaliyyətini qorumaqda, həmçinin təcavüzkar “Zöhhak xislətlilərə” qarşı mübarizədə həmrəy və bir amal ətrafında birləşdirir. Bu iştirak, müdafiə və qələbə dastanı mədəniyyət, ədəbiyyat və incəsənət adamlarının üzərinə böyük məsuliyyət qoyur ki, Firdovsi kimi ayağa qalxsınlar, sənətkarların missiyasını xalqın missiyasının davamına çevirsinlər, düşüncə, qələm və dili sənətlə birləşdirsinlər və xalqın böyük dirçəlişinin tarixdə qalacaq salnaməsini yaratsınlar.

Digər tərəfdən, şeytan xislətli qüvvələrin və dünya şeytanlarının hücumu qarşısında göstərilən qeyrətli müqavimət və qürurverici qələbə xalqı sivilizasiya müstəqilliyini qorumağa, dil, mədəniyyət və Amerika həyat tərzi hücumuna qarşı daha hazırlıqlı edib. Belə ki, mədəniyyət sahəsində fəaliyyət göstərənlərin təşəbbüs və yenilikləri ilə dil və diskurs müdafiəsinin təmin olunması, uşaqların, yeniyetmələrin və gənclərin inkişafı və tərəqqisi istiqamətində son qələbəyədək qalan mərhələləri daha möhkəm addımlarla keçsinlər, inşallah.

Seyid Müctəba Hüseyni Xamenei

15 may 2026

Sizin rəyiniz

You are replying to: .
captcha