16 may 2026 - 10:34
Source: IRNA
Əraqçi: Bizə həvalə olunan missiyanı bütün varlığımızla yerinə yetirəcəyik, istər döyüş meydanında, istər danışıqlar masasında

Əraqçi: Bir çox xarici rəsmilər vurğulayırlar ki, İran özünü dünyaya sübut etdi və reallıq budur ki, heç kim bir ölkənin dünyanın zahiri gücü sayılan ABŞ, sionist rejim və onlara dəstək verən digər ölkələr qarşısında dayanaraq onların məqsədlərinə çatmasına imkan verməyəcəyinə inana bilməzdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasınıən Xarici İşlər Naziri Hindistanın Yeni Dehli şəhərində İran səfirinin və iranlı diplomatların ailələri ilə birgə keçirdiyi görüşdə diplomatların daim onların yanında olan ailələrinə təşəkkür edərək bildirib: “Həmişə xarici işlər nazirləri və xarici rəsmilərlə təmasda olan İranın xarici işlər naziri kimi şəhadət verməliyəm ki, bu müharibədən sonra İran İslam Respublikasının mövqeyi əvvəlki ilə müqayisədə yerlə-göy qədər fərqlənib və dünya İranı yenicə tanıyıb.”

Seyid Abbas Əraqçi mərasimin davamında deyib: “Düşmən hərçənd pak qanlar tökdü və bizə zərər vurdu, lakin dünya İranın nə qədər böyük olduğunu anladı. Bir çox xarici rəsmilər vurğulayırlar ki, İran özünü dünyaya sübut etdi və reallıq budur ki, heç kim bir ölkənin dünyanın zahiri gücü sayılan ABŞ, sionist rejim və onlara dəstək verən digər ölkələr qarşısında dayanaraq onların məqsədlərinə çatmasına imkan verməyəcəyinə inana bilməzdi.”

Sizin rəyiniz

You are replying to: .
captcha