Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: SEPAH Hərbi Dəniz Qüvvələrinin mədəniyyət və psixoloji əməliyyatlar üzrə komandir müavini bildirib ki, neft tankerlərinin Hörmüz boğazından İran İslam Respublikasının icazəsi olmadan keçməsi mümkün deyil. O deyib ki, əgər ABŞ və şəxsən Tramp səhv addım atsalar, Fars körfəzi Amerika dəniz piyadalarının ən böyük su qəbiristanlığına çevriləcək.
Birinci dərəcəli kontr-admiral, SEPAH üzvü Səid Siyahsərani çərşənbə günü Amul şəhərində, SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı şəhid admiral Əlirza Təngsirinin şəhadətinin qırxıncı günü münasibətilə keçirilən izdihamlı mərasimdə bildirib: Əgər xalq və məsul şəxslər göstəriş versələr, İran İslam Respublikasının icazəsi olmadan Hörmüz boğazından hətta bir litr neftin keçməsinə imkan verməyəcəyik.
O vurğulayıb ki, İran hələ dənizdə ABŞ ilə müharibəyə daxil olmayıb, yalnız ağıllı blokada həyata keçirilib və düşmənə qarşı qeyri-simmetrik müharibə variantı hələ qalır.
Siyahsərani deyib: Xalqa söz veririk ki, Hörmüz boğazının qorunmasında bir an belə tərəddüd etməyəcəyik.
O, bölgənin tarixi keçmişinə toxunaraq əlavə edib: Buşehrdə ingilislərin, Hörmüzqanda isə portuqalların qəbiristanlığı var. Amma ölkəmizdə amerikalıların qəbiristanlığı yoxdur.
O xəbərdarlıq edib: Əgər ABŞ və şəxsən Tramp səhv addım atsa, Fars körfəzini Amerika dəniz piyadalarının ən böyük su qəbiristanlığına çevirəcəyik.
Siyahsərani əlavə edib: Hörmüz boğazı müharibənin ilk günündən “Ya Zəhra (s)” şüarı və şəhid admiral Təngsirinin əmri ilə bağlanıb və şəhid Təngsiri öz iddialarını praktikada sübut edib.
O, xalqın müqaviməti və meydandakı qüvvələrin fədakarlığını vurğulayaraq bildirib: Təkəbbür dünyası bilməlidir ki, Xameneinin Allahı sağdır; İsfahan gecələrinin qəlbində Təbəs dastanını yaradan, ABŞ və təkəbbürün hegemonluğunu sındıran həmin Allah gələcəkdə onları Fars körfəzinin sularında dövrün fironu kimi basdıracaq.
Sizin rəyiniz