13 may 2026 - 16:54
Source: IRNA
Aleksey Puşkov: İranın razılığı olmadan zənginləşdirilmiş uranın transferi mümkün deyil

Rusiyalı rəsmi ABŞ prezidentinin həddini aşan açıqlamalarına cavab olaraq vurğulayıb ki, ABŞ nəzarət həyata keçirə bilər, lakin İranın razılığı olmadan zənginləşdirilmiş uranı çıxarmağa qadir deyil.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Federasiya Şurasının (yuxarı palata) informasiya siyasəti komitəsinin sədri Aleksey Puşkov ABŞ prezidenti Donald Trampın ABŞ-nin sonda İranın uran ehtiyatlarına sahib olacağı ilə bağlı təkrarlanan iddiaları və həddini aşan açıqlamaları əsassız sayıb.

TASS agentliyinin verdiyi məlumata görə Aleksey Puşkov Trampın cəfəngiyyatlarına cavab olaraq bildirib: Nüvə materiallarının çıxarılması və onların təhlükəsiz şəkildə daşınması hərbi münaqişə şəraitində faktiki olaraq qeyri-mümkündür.

O əlavə edib: Bunun üçün sülh, zənginləşdirilmiş uranın transferi ilə bağlı razılaşma, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dəqiq fəaliyyət planı, həmçinin İranın tam razılığı və əməkdaşlığı zəruridir. Bu dörd şərtdən heç biri hazırda mövcud deyil. ABŞ nəzarət həyata keçirə bilər, lakin İranın razılığı olmadan zənginləşdirilmiş uranı çıxarmağa qadir deyil.

Sizin rəyiniz

You are replying to: .
captcha