13 may 2026 - 15:53
Pezeşkian: İran xalqı heç vaxt düşmən qarşısında əyilməyəcək

Doktor Pezeşkian: “Dialoq və ya danışıqlar, təslim olmaq və ya geri çəkilmək demək deyil, əksinə, məqsəd İran xalqının hüquqlarının həyata keçirilməsi və milli maraqların səlahiyyətlə müdafiə olunmasıdır.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  Tehranda, Dr. Məsud Pezeşkianın iştirakı ilə Üçüncü Məcburi Müharibənin Nəticəsində Dəymiş Zərərlərin Bərpası üzrə İşçi Qrupunun iclası keçirilib.

Görüşdə Prezident zərər çəkmiş ərazilərin bərpası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “İran xalqı heç vaxt düşmən qarşısında əyilməyəcək. “

“Dialoq və ya danışıqlardan söhbət gedirsə, bu, təslim olmaq və ya geri çəkilmək demək deyil, əksinə, məqsəd İran xalqının hüquqlarının həyata keçirilməsi və milli maraqların səlahiyyətlə müdafiə olunmasıdır.” – deyərək Prezident bildirib.

Çıxışının başqa bir hissəsində, son müharibənin yaratdığı təbii çətinliklərə toxunan cənab Pezeşkian bildirib: "Belə şəraitdə qalmaq, ayaqda durmaq və çətinliklərə və problemlərə dözmək bəzən şəhidlikdən daha çətindir. Səbir, müqavimət və tolerantlıqla meydanda qalan insanlar əslində "Böyük Cihad"ı həyata keçirirlər."

Sizin rəyiniz

You are replying to: .
captcha