Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident əsnaf və bazar nümayəndələri ilə əvvəlcədən planlaşdırılmamış görüşdə İnqilab Rəhbəri Seyid Müctəba Xamenei ilə görüşündən danışıb.
Prezident çıxışında İslam İnqilabının ali rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə son görüşünə toxunaraq, bu görüşdə hökm sürən ab-havanı, onun şəxsiyyət, əxlaq və idarəçilik xüsusiyyətlərini izah edib.
Pezeşkian bildirib ki, görüş səmimi şəraitdə keçirilib və danışıqlar təxminən iki saat yarım davam edib. O deyib: “Bu görüşdə mənim üçün hər şeydən daha çox diqqət çəkən məsələ İslam İnqilabının ali Rəhbərinin davranış tərzi, baxışı, təvazökar və dərin səmimi yanaşması idi; bu yanaşma dialoq mühitini etimad, aramlıq, həmrəylik və vasitəsiz söhbətə əsaslanan bir mühitə çevirmişdi.”
Prezident ölkənin idarəçilik səviyyələrində birlik, etimad və həmrəyliyin gücləndirilməsinin zəruriliyinə toxunaraq deyib: “Ölkənin ən ali məqamı məsul şəxslər və insanlarla belə əxlaqi davranış, təvazö və xalq ruhiyyəsi ilə üz-üzə gəldikdə, bu rəftar təbii şəkildə ölkənin idarəçilik və inzibati sistemi üçün də nümunəyə çevrilə bilər; məsuliyyətlilik, xalqa yaxın olmaq, məsələləri və problemləri həqiqətən dinləməyə əsaslanan bir nümunə. Şəhid və böyük İnqilab Rəhbəri də öz həyat tərzi və əməlində buna bağlı idi.”
Pezeşkian həmçinin İslam sistemində məsuliyyət anlayışına dair baxışını izah edərək vurğulayıb: “Məsuliyyət və icra vəzifəsi imtiyaz və üstünlük deyil, əksinə, daha ağır öhdəlik, cavabdehlik və xalqa xidmət yüküdür. Heç bir məsul şəxs öz mövqeyini xalqdan uzaqlaşmaq və ya özü ilə cəmiyyət arasında fərq yaratmaq üçün vasitəyə çevirməməlidir.”
O əlavə edib: “Ali Rəhbər də bu görüşdə məhz belə bir ruhiyyə ilə söhbət edirdi; sadəlik, təvazö, səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan bir ruhiyyə. Bu da dialoq mühitinin tamamilə vasitəsiz, açıq və yaxınlıq və etimad hissi ilə müşayiət olunmasına səbəb olurdu.”
Sizin rəyiniz