Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İspaniyanın müdafiə naziri Marqarita Robles, ölkəsinin ABŞ-nin İrana qarşı müharibəsinə dəstək vermədiyi üçün Pentagon tərəfindən NATO üzvlüyünün dayandırılmasının müzakirə olunduğuna dair xəbərlərə reaksiya verərək, Madridin bu alyansda ciddi tərəfdaş kimi roluna “hörmət” göstərilməsini tələb edib.
O, kinayəli şəkildə bildirib: “Heç kim bizə öhdəlik dərsi verə bilməz.”
İspaniyanın müdafiə naziri Marqarita Robles nazirliyin rəsmi sosial media hesabları vasitəsilə yayımlanan videoda bildirib ki, ölkəsi NATO-nun “ciddi və etibarlı müttəfiqi”dir.
O vurğulayıb: Heç kim bizim sülhə sadiqliyimiz, İspaniya olaraq milli qürurumuz və NATO üzvlüyümüzlə bağlı bizə nəsihət və ya dərs verə bilməz.
Sizin rəyiniz