24 aprel 2026 - 13:43
SEPAH Hörmüz boğazında sionist rejimə məxsus iki gəmini saxlayıb

SEPAH Hörmüz boğazında sionist rejimə məxsus iki gəmini saxlayıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri yaydığı bəyanatda Hörmüz boğazında iki ədəd qanunu pozan gəminin saxlanıldığını və onların İran İslam Respublikasının ərazi sularına keçirildiyini bildirib.

SEPAH-ın rəsmi informasiya portalının verdiyi məlumata görə, SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına “ağıllı nəzarət” çərçivəsində “MSC-FRANCESCA” adlı, sionist rejimə məxsus gəmini və “EPAMINODES” adlı digər qanun pozan gəmini müəyyən edərək saxlayıb və İran İslam Respublikasının ərazi sularına yönləndirib.

Bildirilib ki, sözügedən gəmilər icazəsiz hərəkət edib və Hörmüz boğazını gizli şəkildə tərk etməyə cəhd göstəriblər.

SEPAH Hərbi Dəniz Qüvvələri bir daha bəyan edib ki, İran İslam Respublikasının Hörmüz boğazında gəmiçiliyə dair elan etdiyi qaydaların pozulmasına yönələn hər hansı addım və bu strateji su yolunda təhlükəsiz keçidə zidd fəaliyyətlər tam nəzarət altında saxlanılır və belə hallara qarşı qəti və qanuni tədbirlər görüləcək.

Sizin rəyiniz

You are replying to: .
captcha