Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Daxili İşlər Nazirliyi bu gün səhər saatlarında ABŞ və sionist rejimin paytaxtımıza və ölkəmizin bir neçə digər şəhərinə qarşı həyata keçirdiyi təcavüzü pisləyərək bir bəyanat yayımlayıb:
İranın böyük xalqının diqqətinə çatdırılır ki, cinayətkar düşmən bütün beynəlxalq qanunları pozaraq və danışıqlar prosesi zamanı əziz vətənimizə qarşı növbəti dəfə təcavüz etmişdir.
Daxili İşlər Nazirliyi cəmiyyətdə asayişi və əmin-amanlığı qorumaq, eləcə də xalqa xidmət göstərmək üçün bütün imkanlardan istifadəni gündəliyinə daxil edib.
Bu xüsusda, Daxili İşlər naziri ölkə daxilindəki bütün valilərə (icra hakimiyyəti başçılarına) göstəriş verərək, əvvəlki təlimatları xatırlatmış, əyalətlərdəki vəziyyətlə bağlı hesabatların ən qısa zamanda alınmasını və əhalinin təcili ehtiyaclarının qarşılanması üçün bütün imkanların səfərbər olunmasını vurğulamışdır.
Həmçinin Daxili İşlər nazirinin göstərişi ilə ölkənin Böhran İdarəetmə Qərargahı yaradılmış və bütün əyalətlərin böhran idarəetmə idarələrinə və aidiyyatı təşkilatlara lazımi tapşırıqlar verilmişdir.
Daxili İşlər Nazirliyi həmçinin vətəndaşlardan təmkinli və sakit olmalarını, mövcud şəraiti nəzərə alaraq şəhərdaxili və şəhərlərarası gediş-gəlişlərini tənzimləmələrini xahiş edir."
Sizin rəyiniz