Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mehr Xəbər Agentliyinin Əl-Mayadeen-ə istinadən verdiyi məlumata görə, Türkiyənin daxili işlər naziri Əli Yerli Kaya ölkə polisinin çərşənbə axşamı 21 əyalətdə eyni vaxtda keçirilən əməliyyatlarda İŞİD terror qruplaşmasının 357 şübhəli üzvünü həbs etdiyini açıqlayıb. Bu gün Ankara Baş Prokurorluğu tərəfindən də açıqlama verilib.
Məlumata görə, İŞİD terror təşkilatına qoşularaq və ya münaqişə bölgələrində onun sıralarında döyüşərək əlaqəli olan 17 şübhəli müəyyən edilib.
Bu şübhəlilərdən 11-nin xarici vətəndaşlığa malik olduğu qeyd edilən açıqlamada, şübhəlilərin istintaqının hazırda Ankara Təhlükəsizlik Müdirliyində davam etdiyi əlavə edilib.
Türkiyənin daxili işlər naziri Əli Yerli Kayanın sözlərinə görə, hadisə Türkiyə hakimiyyətinin qərbdəki Yalova əyalətində İŞİD-ə qarşı keçirdiyi əməliyyatdan sonra baş verib. Əməliyyat nəticəsində üç polis əməkdaşı həlak olub, səkkiz nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri hücumlarda altı İŞİD terrorçusunun öldürüldüyünü bildirib.
Sizin rəyiniz