Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-İxbariyyə Xəbər Agentliyinin məlumatına görə, Suriya mənbələri sionist rejimin Suriyanın cənubunda yeni işğalçı hərəkətləri barədə məlumat verib.
Suriya televiziyasının müxbiri İsrail işğalçı qoşunlarının bir neçə hərbi texnika ilə Quneytranın cənubundakı Əl-Məalqa şəhərinin qərbinə daxil olduğunu açıqlayıb.
İsrail pilotsuz təyyarələrinin Suriyanın Quneytra səmasında uçması ilə eyni vaxtda rejim ordusu əyalətin bir neçə ərazisinə daxil olub.
SANA müxbiri İsrail qüvvələrinin bir hissəsinin Qərbi Təl əl-Əhmərdən Əyn əz-Zaivan kəndinə doğru hərəkət etdiyini və bu kəndlə Kodna şəhəri arasında müvəqqəti nəzarət məntəqəsi qurduğunu açıqlayıb.
Müxbirin sözlərinə görə, bu hərəkət Qərbi Təl əl-Əhmərdən Şərqi Təl əl-Əhmərə doğru hərəkət edən təxminən 100 İsrail əsgərinin irəliləməsi ilə üst-üstə düşüb və pilotsuz təyyarələr bölgənin səmasında uçuşlarını davam etdirib.
Qeyd etmək lazımdır ki, sionist rejimi keçmiş Suriya rejiminin süqutundan bəri Suriyaya geniş hücumlar təşkil edib və bu yaxınlarda dürziləri dəstəkləmək bəhanəsi ilə Dəməşqin ərazilərini bombalayıb və işğal edib.
Bəşər Əsəd rejiminin süqutundan bəri sionist rejim ordusu işğal olunmuş Qolan təpələri ilə Suriya arasındakı bufer xəttini keçib və Dəraa və Quneytra əyalətlərində Qolan təpələri yaxınlığındakı əraziləri işğal etməyə davam edir.
Sizin rəyiniz