29 oktyabr 2025 - 17:10
İsrailin Qəzzanın müxtəlif bölgələrinə yenidən hücumlarında şəhid olanların sayı 90-a çatıb

Qəzza şəhərindəki xəstəxana mənbələri bildirib ki, İsrailin ərazidəki yaşayış evlərinə hücumunda şəhid olan 90 nəfərdən 16-sı uşaqdır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Qəzza zolağındakı tibb mənbələri çərşənbə günü səhər sionist rejimin atəşkəsi pozmasından sonra Qəzza zolağında (şimal və cənub) hava hücumlarında şəhid olanların sayının 90-a çatdığını bildirib.

Qəzza şəhərindəki xəstəxana mənbələri bildirib ki, İsrailin ərazidəki yaşayış evlərinə hücumunda şəhid olan 90 nəfərdən 16-sı uşaqdır.

Qəzzadakı Əl-Əvda xəstəxanasındakı mənbə bildirib ki, İsrailin Nuseyrat düşərgəsindəki şəxsi evə hücumunda 4-ü uşaq olmaqla 8 nəfər şəhid olub.

Sizin rəyiniz

You are replying to: .
captcha