Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ-nin CNN xəbər şəbəkəsi bildirib ki, İsrail və Həmas arasında atəşkəsin başlanmasından bəri Qəzzada qətlə yetirilənlərin sayı 300-dən çoxdur.
CNN-in məlumatına görə, axtarış qrupları dağıdılmış binaların altında qalan insanların tapılması üçün hələ də fəaliyyət göstərir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının təxminlərinə görə, müharibənin başlanmasından bəri faşist İsrail rejimin hücumları Qəzza zolağında 430 mindən çox evi, yəni yaşayış binalarının 92 faizini zədələyib və ya dağıdıb, 61 milyon ton dağıntı yaranıb.
Sizin rəyiniz