13 oktyabr 2025 - 11:31
Ənsarullah: İsrailə hücumların dayandırılması Tel-Əvivin Qəzza atəşkəsinə riayət etməsinə bağlıdır

Ənsaruillah faşist İsrail rejiminin Qəzza atəşkəsinə riayət etdiyi təqdirdə, Qırmızı dənizdəki İsrail hədəflərinə və ona bağlı gəmilərə qarşı hücumlarını dayandıracağını; lakin blokada və təcavüz davam edərsə, hücumlar daha böyük güc və intensivliklə yenidən başlayacağını bildirdi.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatı bildirib ki, faşist İsrail rejimi Qəzza atəşkəsinə riayət etdiyi təqdirdə, Qırmızı dənizdəki İsrail hədəflərinə və ona bağlı gəmilərə qarşı hücumlarını dayandıracaq; lakin blokada və təcavüz davam edərsə, hücumlar daha böyük güc və intensivliklə yenidən başlayacaq.

Hərəkatın siyasi bürosunun üzvü Hizam əl-Əsəd açıqlayıb: İsrail ordusu Qəzza atəşkəsinə əməl etdiyi halda, Ənsarullahın hərbi əməliyyatları dayandırılacaq.

O əlavə edib: Hərəkat atəşkəsin icrasını diqqətlə izləyir və əgər İsrail Qəzza xalqına qarşı təcavüz və blokadaya davam edərsə, hərbi əməliyyatlar daha geniş və intensiv şəkildə bərpa olunacaq ki, İsraili cinayətlərini dayandırmağa məcbur etsin.

Bundan öncə Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədrəddin əl-Husi də açıqlamışdı ki, hərəkat Qəzza atəşkəsi ilə bağlı vəziyyəti diqqətlə izləyir və hər hansı bir dəyişiklik və ya razılaşmanın pozulması halı baş verərsə uyğun cavab veriləcək.

Sizin rəyiniz

You are replying to: .
captcha