Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Norveç və İsrail futbol komandaları arasında keçirilməsi planlaşdırılan vacib oyunun ərəfəsində, Oslo şəhəri Fələstinlə həmrəylik nümayişinin mərkəzinə çevrilib. Minlərlə insan Fələstin bayraqları ilə küçələrə çıxaraq, Qəzza xalqının səsini dünyaya çatdırmaq məqsədilə etirazlarını bildirib.
Kütlə arasında müxtəlif yaş qruplarından insanlar vardı; gənc tələbələr "İsrailə qırmızı kart" şüarları səsləndirir, yaşlı insanlar isə Fələstin şallarını taxaraq sükut içində yürüş edirdilər və əllərində "Ədalət, heç bir istisna olmadan" yazılmış plakatlar tuturdular.
Sizin rəyiniz