11 oktyabr 2025 - 17:26
Meksikada güclü yağışlar nəticəsində azı 28 nəfər ölüb

Meksika rəsmiləri ölkədə güclü yağışlar nəticəsində ölənlərin sayı barədə məlumat yayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “France 24” telekanalının məlumatına görə, Meksikada azı 28 nəfər ölüb, minlərlə ev dağılıb.

Meksika mülki müdafiə rəsmiləri ölkənin 32 ştatından 31-də leysan yağışların çayların daşmasına, kəndləri su basmasına, torpaq sürüşmələrinin başlanmasına, yolların və körpülərin dağılmasına səbəb olduğunu bildirib.

Ən çox ziyan mərkəzi Hidalqo əyalətinə dəyib, rəsmilər ştatda ən azı 16 nəfərin öldüyünü, 1000 evin dağıldığını və 90 ərazinin xilasedicilər üçün əlçatmaz olduğunu bildirib.

Puebla əyalətinin səlahiyyətliləri də əyalətdə ən azı 12 nəfərin öldüyünü və itkin düşənlərin sayının çox olması səbəbindən ölənlərin sayının arta biləcəyini bildirib. Təkcə bu ştatda 80 min insan zərər çəkib.

Sizin rəyiniz

You are replying to: .
captcha