Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə Qətərin məlumatına görə, İslami Müqavimət Hərəkatı HƏMAS açıqlamasında belə deyib: “Qəzzada müharibənin bitməsinə, işğalçı qüvvələrin çıxarılmasına, [humanitar] yardımın daxil olmasına və əsirlərin mübadiləsinə gətirib çıxaracaq razılaşmanı elan edirik.”
Müqavimət hərəkatı deyib: “Biz vasitəçi qismində Qətər, Misir və Türkiyənin səylərini, eləcə də müharibəyə son nöqtəni qoymağa çalışan prezident Trampın səylərini yüksək qiymətləndiririk.”
Həmas həmçinin Trampı, vasitəçiləri və ərəb və islam tərəflərini işğalçıları razılaşmanı tam şəkildə yerinə yetirməyə məcbur etməyə çağırıb.
HƏMAS bəyanatında belə davam edib: “Biz həmçinin prezident Trampı və qarant ölkələri [sionist] işğalçı [qüvvələrə] razılığın icrasından çəkinməsinə və ya gecikdirməsinə imkan verməməyə çağırırıq”.
HƏMAS İslami Müqavimət Hərəkatının siyasi bürosunun üzvü İzzət ər-Rişq də verdiyi öz bəyanatlarında hazırkı atəşkəs razılaşmasının bir çox amillərin birbaşa nəticəsi olduğunu vurğulayıb.
O, atəşkəsin müqavimətin yenilməz gücü və dəyanəti ilə yanaşı, birbaşa Qəzzə xalqının böyük fədakarlıqları və nümunəvi səbrinin nəticəsi olduğunu vurğulayıb.
Əl-Rişq bildirib ki, bu razılaşma HƏMAS-ın böyük Fələstin xalqı qarşısındakı tarixi məsuliyyəti, onun qanuni hüquqlarına tam sadiqliyi əsasında, həmçinin 7 oktyabr əməliyyatında (Əl-Əqsa fırtınası) müqavimətin nailiyyətlərini şərəfləndirmək üçün əldə edilib.
O, həmçinin müharibənin sona çatması ilə bağlı razılaşmanı sionist işğalı ilə mübarizənin yeganə yolu kimi xalqın birliyini və müqavimətlə dərin həmrəyliyini nümayiş etdirən xüsusi milli nailiyyət adlandırıb.
Həmas siyasi bürosunun üzvü əlavə edib: “Danışıqların bütün mərhələlərində gözlərimiz və qəlbimiz Qəzzə xalqına yönəldi, çünki o saf qan və misilsiz qurbanlar fədakarlıq və sədaqət əhdini təmsil edir”.
O, sonda vurğuladı: “İşğalçı rejim iki illik soyqırımı, qətliam və xalqımıza aclıq tətbiq etməklə əldə edə bilmədiyi şeyə heç vaxt danışıqlar masası arxasında nail ola bilməyib”.
Sizin rəyiniz