Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib: 16 yanvar 2025-ci il tarixində iki ölkə prezidentləri tərəfindən Moskvada imzalanmış İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında “Ümumi Strateji Tərəfdaşlıq Müqaviləsi” bu gündən, 2 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir.
İran-Rusiya Ümumi Strateji Tərəfdaşlıq Müqaviləsi iki ölkə münasibətlərinin tarixində mühüm dönüş nöqtəsi olmaqla, tərəflərin maraq göstərdiyi müxtəlif sahələrdə dostluq əlaqələrinin yüksələcəyinə işarə edir.
Bu mühüm sənəd, iki ölkə arasında əməkdaşlıq sahələri və prioritetlərini müəyyən etməklə, diplomatik, iqtisadi, ticarət, elmi-texnoloji, enerji, investisiya, müdafiə, mədəniyyət və digər sahələrdə münasibətlərin gücləndirilməsi üçün aydın çərçivə yaradır və qarşılıqlı maraqların təmin olunması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, beynəlxalq hüququn aliliyinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə qarşı artan təhdid və çağırışlara qarşı birgə səylərin koordinasiyası və birgə əməkdaşlıq üçün zəruri şərait yaradır.
Sizin rəyiniz