Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Seyid Abbas Əraqçi, Misirə səfərinin sonunda yerli televiziyaya müsahibəsində, Misirə getməzdən əvvəl Tunislə ikitərəfli bir səfərin planlaşdırıldığını qeyd edib.
Bu barədə o, deyib: "Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlarımız, Milli Təhlükəsizlik Şurasının icazəsi ilə başlamışdı və yüksək səviyyəli müzakirələr tələb edirdi ki, razılaşmanın yekun mətni hazırlansın. Misir Xarici İşlər Nazirinin təklifi ilə bu görüş Qahirədə keçirilmək qərarına alındı və buna görə də Tunisə səfərimdən əvvəl Qahirədə dayanmalı oldum.”
Xarici İşlər Naziri, Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Direktoru ilə üç saatdan artıq davam edən müzakirələrini və əlavə olaraq Misir Xarici İşlər Naziri və Prezidentilə ikitərəfli görüşlər keçirdiyini bildirdi. O, Misirlə münasibətlərin çox yaxşı inkişaf etdiyini, qarşıya çıxan əngəllərin böyük ölçüdə aradan qaldırıldığını və əlaqələrdə çox yaxşı bir anlayışın olduğunu vurğuladı.
Əraqçi, İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı yeni razılaşmanın İslam Şura Məclisinin qanunlarına və Milli Təhlükəsizlik Şurasının qərarlarına tam uyğun olduğunu bildirərək əlavə etdi: "Bu razılaşmanın ən əsas cəhəti, yeni yaranan şəraitin tanınmasıdır. İranın Agentliklə əməkdaşlığı yeni bir çərçivədə aparılmalıdır. Eyni zamanda, İranın təhlükəsizlik narahatlıqlarının tamamilə qanuni olduğu qəbul edilir və bu narahatlıqlar nəzərə alınmalıdır."
Sizin rəyiniz