Konfransda İslam dünyasında mövcud məzhəbi və siyasi parçalanmaların aradan qaldırılması, müsəlmanların birlik, həmrəylik və sülh içində yaşamasına çağırışlar ön plana çəkilib.

11 sentyabr 2025 - 13:41

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının paytaxtı Tehranda dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəfəkkirlərin iştirakı ilə keçirilən 39-cu Beynəlxalq Vəhdət Konfransında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev iştirak edib.

Az.shafaqna.com xəbər verir ki, konfransda Gürcüstandan həmçinin din xadimi Hacı Rahid Kərimov da iştirak edib.

Vəhdət Həftəsi İslam dünyasında qardaşlıq və həmrəyliyi təbliğ edən mühüm bir həftədir. Bu həftə İslam Peyğəmbərinin (s) mövlud günü ilə bağlı Əhli-sünnə və Əhli-şiə alimlərinin qeyd etdiyi iki tarixi — Rəbiül-əvvəl ayının 12-si və 17-si arasındakı günləri əhatə edir.

Konfransda İslam dünyasında mövcud məzhəbi və siyasi parçalanmaların aradan qaldırılması, müsəlmanların birlik, həmrəylik və sülh içində yaşamasına çağırışlar ön plana çəkilib.

Gürcüstan Müsəlmanlarının (BGMİ-nin) Şeyxi Vəhdət Konfransında iştirak edib – FOTO

Gürcüstan Müsəlmanlarının (BGMİ-nin) Şeyxi Vəhdət Konfransında iştirak edib – FOTO

Sizin rəyiniz

You are replying to: .
captcha