Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əliəkbər Əhmədianı özünün xüsusi nümayəndəsi və ölkənin Milli və Strateji Layihələrinin İrəliləyiş Qərargahının rəhbəri vəzifəsinə təyin edib.
Pezeşkianın Əhmədianın təyinatı ilə bağlı sərəncamında, dövlət və millətin iki əsas sütununun birləşdirilməsi, xalqın, xaricdə yaşayan iranlıların, eləcə də yerli və xarici sərmayədarların fəal iştirakının qarşısındakı maneələrin aradan qaldırılması, xüsusilə ölkənin elmi-intellektual potensialının (nüfuzlu elm adamları və mütəxəssislərin) imkanlarının inkişafı və səmərəyə yönəldilməsi vurğulanıb.
Bu amillər qərargahın strateji məqsədlərinə çatmaq üçün əsas hədəf və vəzifələr kimi qeyd olunub.
Sizin rəyiniz