4 avqust 2025 - 19:02
Source: Az.shafaqna.com
Gürcüstandan bir qrup inanclı Ərbəində xidmət üçün İraqa gedib

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Poniçala (Soğanlıq) qəsəbəsində fəaliyyət göstərən Əhli-Beyt (ə) məscidinin xidmətçi heyəti Ərbəin zəvvarlarına xidmət üçün müqəddəs torpaqlara yola düşüb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Gürcüstandan bir qrup inanclı Ərbəində xidmət üçün İraqa səfər edib.

Məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Poniçala (Soğanlıq) qəsəbəsində fəaliyyət göstərən Əhli-Beyt (ə) məscidinin xidmətçi heyəti Ərbəin zəvvarlarına xidmət üçün müqəddəs torpaqlara yola düşüb.

Qeyd olunur ki, heyət orada zəvvarlara ehsan və xidmət göstərmək məqsədilə hər il olduğu kimi bu il də Ərbəin yürüşündə iştirak edəcək. Xidmət mərkəzi Kərbəla şəhəri yaxınlığında, zəvvarların tez-tez istirahət etdiyi və 1053-cü dirəkdə yerləşən “Nurul-Hüseyn” xeyməsində təşkil olunacaq.

Təşkilatçılar bildiriblər ki, məqsəd Ərbəin yürüşündə iştirak edən zəvvarlara həm qida, həm də digər logistik xidmətlərlə dəstək verməkdir. Səfərin təşkilində maddi və mənəvi dəstək göstərən şəxslərə təşəkkür edilib və bu təşəbbüsün ilbəil genişlənməsi arzulanıb.

Xatırladaq ki, Ərbəin İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününü qeyd edən milyonlarla zəvvarın iştirak etdiyi ən böyük dini yürüşlərdən biridir. Dünyanın müxtəlif ölkələrindən minlərlə insan bu münasibətlə İraqa səfər edir.

Sizin rəyiniz

You are replying to: .
captcha