4 avqust 2025 - 18:54
Source: SAHAR TV
Moskva Bakıya acıq verir: Qarabağ ermənilərinə kömək etməyə qərar verildi

Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Rusiyanın “Eurasia» və “Rus Həyati Yardım Missiyası” təşkilatları “Rusiya sizinləyir” layihəsi çərçivəsində Ermənistanda məskunlaşmış Qarabağlılara köçkün düşmələrindən 2 il sonra humanitar yardım göndərməyə hazırlaşırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Rusiyanın “Eurasia» və “Rus Həyati Yardım Missiyası” təşkilatları “Rusiya sizinləyir” layihəsi çərçivəsində Ermənistanda məskunlaşmış Qarabağlılara köçkün düşmələrindən 2 il sonra humanitar yardım göndərməyə hazırlaşırlar.

Bu məlumata əsasən, Ermənistanda «Rus Həyati Yardım Missiyası» təşkilatının rəhbəri Arsen Pronin bildirib ki, məqsəd Qarabağdan köçümüş ermənilərə təxminən 140 tona yaxın humanitar yardım – qida, şəxsi gigiyena və ilkin zəruri məhsullar təqdim etməkdir.

Yardım bu ay ərzində paylanacaq. Onun sözlərinə görə, diqqət xüsusilə çoxuşaqlı ailələrə, ailə başçısını itirmiş, tək yaşayan və əlilliyi olan şəxslərə yönəlib, bu kateqoriyadan olanların sayı təxminən 30,000 nəfərdir.

Lakin bu yardım Qarabağlılar tərəfindən birmənalı qəbul edilmir. Qarabağ ictimai xadimi Tiqran Petrosyan 2 il sonra humanitar yardımın göndərilməsini alçaldıcı sayaraq, bunun Moskvanın siyasi məqsədlərini əks etdirdiyini vurğulayıb.

Onun fikrincə, bu rus təşkilatlarının Kremldən razılıq almadan və Ermənistan hakimiyyətinin icazəsi olmadan belə addım atması mümkün deyil.

Sizin rəyiniz

You are replying to: .
captcha