Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: HƏMAS Hərəkatının silahlı qanadı olan Əl-Qəssam Briqadaları Qəzzada saxladıqları israilli əsirlərdən birinin əks olunduğu videosunu “İşğal hökuməti onları aclıqdan öldürmək qərarına gəlib” başlığı ilə yayımlayıb.
Kadırlarda tünel daxilində faşist İsrail qüvvələrinin əsiri görünür ki, sionist rejimin Qəzza zolağında tətbiq etdiyi aclıq mühasirəsindən bədəni çox zəifləmiş və nazikləşmişdir.
Video əvvəlki mübadilələrdə keçmiş əsirləri göstərən Əl-Qəssamın əvvəlki görüntülərindən bir kliplə başlayır. Onların arasında Abitar David də var. Onun o vaxt sağlamlıq durumunun yaxşı olduğu görsənir və o son mübadilədə əsir yoldaşlarının azad edilməsini izləyir.
Yeni video, Qəzzada aclıqdan əziyyət çəkən uşaqlarla qidalanmadan ağır əziyyət çəkən əsirin görüntüləri əks etdirir, mühasirə altında olan mülki əhalinin və Qəzzada saxlanılan israilli əsirlərin birgə yaşadıqları əzabları vurğulayır.
Kadırların birində əsirin əsirlikdə keçirdiyi günlərin sayını qeyd edən təqvimə baxması, heç bir söz demədən uzun sınaq və xarici aləmdən təcrid olunmasını simvolizə edir.
Videoda İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin “Qəzzəyə göndərilməli olan yalnız bombadır” ifadəsini bəyan edən arxiv klipləri və baş nazir Benyamin Netanyahunun Qəzza Zolağına yardımı kəskin şəkildə məhdudlaşdırmaq barədə verdiyi açıqlamaları da var.
Digər bir kadırda israilli əsirin su içməsi səhnəsi ilə yanaşı, uşaq qidalarının Qəzzaya girməsinə qoyulan qadağaya görə şiddətli aclıqdan əziyyət çəkən fələstinli uşağı göstərən səhnə də yan-yana nümayiş etdirilir.
Klip sonda, İsrail əsirlərinin taleyinin Qəzzanın mühasirəyə alınmış əhalisinin iztirabları ilə ayrılmaz şəkildə bağlı olduğunu açıq-aydın ifadə edən “Onlar bizim yediyimiz şeyi yeyirlər və içdiyimiz eyni şeyi içirlər” mesajı ilə bitir.
Sizin rəyiniz