Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident şəhid İsmayıl Haniyənin xatirəsini ehtiramla yad edərkən bildirib ki, biz İranı müdafiə etməkdə və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməkdə israrlıyıq.
Məsud Pezeşkian tvitində İsmayıl Haniyənin Tehranda şəhadətinin ildönümünə işarə edərək yazıb: "Keçən il vəzifə müddətinin ilk günündə bizim rəsmi qonağımız, azadlıqsevər qardaşımız İsmayıl Haniyə sionist rejim tərəfindən qətlə yetirildi. Bu rejimin Qəzzada, İranda və regionda hərbi cinayətləri bəşəriyyət üçün rüsvayçılıq mənbəyidir".
Prezident əlavə edib: "Biz İranı müdafiə etməkdə və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməkdə israrlıyıq. Şəhid qonağımızın xatirəsini ehtiramla yad edirik".
Sizin rəyiniz