Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Fransanın yeni səfiri Pier Kuşarın etimadnaməsini qəbul edərkən bildirib: “İran müharibə tərəfdarı deyil və dialoqa hazırdır, lakin mümkün bir təcavüz təkrarlanacağı təqdirdə cavabı güclü və qətiyyətli olacaq.”
Doktor Pezeşkian, qarşılıqlı hörmət və ortaq mənafelər əsasında iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün səfirə uğurlar arzulayıb.
Prezident əlavə edib ki, İran İslam Respublikası, xüsusilə 14-cü hökumət dövründə daxili həmrəylik və dünya ilə qarşılıqlı əməkdaşlıq yolunu tutur, lakin Qərb ölkələri yalan təbliğat və İranı nüvə silahı istehsalına cəhd etməkdə ittiham etməklə bu prosesi pozurlar.
O, vurğulayıb ki, İran beynəlxalq qanunlar çərçivəsində öz hüquqlarını tələb edir və bu çərçivədəki öhdəliklərə sadiqdir:
“Necə ki, keçmişdə nüvə fəaliyyətlərimizə ən sərt nəzarət rejimini qəbul etmişik, indi də bu sahədə əməkdaşlığa hazırıq. Amma bu, İran xalqının hüququndan imtina etmək mənasına gəlmir. Biz dialoqa açığıq və müharibə istəmirik, lakin mümkün bir təcavüz təkrarlandığı təqdirdə cavabımız sarsıdıcı olacaq.”
Sizin rəyiniz