29 iyul 2025 - 21:54
Source: Az.shafaqna.com
Yəhya Səri: Bu gündən bu gəmilər risk altındadır!

Yəmən Silahlı Qüvvələri faşist İsrail rejiminin Qəzzada həyata keçirdiyi soyqırıma qarşı dəniz əməliyyatlarını genişləndirmək qərarına gəlib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələri faşist İsrail rejiminin Qəzzada həyata keçirdiyi soyqırıma qarşı dəniz əməliyyatlarını genişləndirmək qərarına gəlib.

Bu haqda Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri “Əl Məsirəh” telekanalında çıxışı zamanı bildirib.

O çıxışında “mühasirənin dördüncü mərhələsi”nin başlandığını elan edərək, sionist rejimin limanları ilə fəaliyyət göstərən bütün şirkətlərə məxsus gəmilərin harada olmasından asılı olmayaraq hədəf alınacağını bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, bütün dünya dövlətləri sionist rejimi, hücumlarını dayandırmağa məcbur etməklə, daha tez gərginliyin qarşısını ala bilərlər.

Sizin rəyiniz

You are replying to: .
captcha