Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) verdiyi bəyanatda Qəzzada hazırda həyatın məhv olmaq ərəfəsində olduğunu və bölgədə yaşayan bütün insanların aclıqla üzləşdiyini vurğulayıb.
Təşkilat bəyanatda əlavə edib ki, Qəzzada atəşkəs və əsirlərin azad edilməsi üçün lazımi tədbirlər görülməlidir.
UNRWA bəyanatda Qəzzada mövcud vəziyyətin son dərəcə ağır olduğunu və İordan çayının qərb sahilinin ilhaqının faşist İsrail rejiminin elan edilmiş siyasi məqsədi olduğunu vurğulayıb.
Beynəlxalq təşkilat bəyanatına davam edərək bildirib: “UNRWA-nın məhv edilməsi bu strukturun Qəzzada mümkün rolunu çətinləşdirməklə yanaşı, Qəzza zolağındakı Fələstin Muxtariyyətini zəiflədib”.
Sizin rəyiniz