Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Niderland ilk dəfə olaraq sionist İsrail rejimini ölkənin milli təhlükəsizliyinə təhdid törədən dövlətlər siyahısına daxil edib.
Bildirilir ki, bu, Niderlandın terrorla mübarizə və təhlükəsizliyin təmin edilməsi üzrə milli koordinatorun "2025-ci il üçün üçüncü ölkələr tərəfindən təhdidin qiymətləndirilməsi" hesabatında yer alıb.
Sənəddə qeyd edilir ki, İsrail xaricdə, o cümlədən Niderlandda siyasətə və ictimai fikrə təsir göstərmə çalışır.
Hesabatın müəllifi hesab edir ki, bu, Niderlandın demokratik institutlarını təhdid edə bilər.
Sizin rəyiniz