28 iyul 2025 - 13:42
Source: IRNA
“Taxt-Tac Oyunu”nun İrlandiyalı aktyoru Qəzzədəki zülmün qarşısında Hollivudun sükutunu tənqid etdi

Taxt-Tac Oyunu” serialının irlandiyalı aktyoru Kanninqem, peşəkar mühitdə qarşılaşacaqları reaksiyalardan qorxaraq Qəzzə barədə fikir bildirməkdən çəkinənlərə cavab olaraq bildirib: “Heç kim məni təhdid etməyib. Heç kim mənə heç nə deməyib. İnsanların hətta mümkün nəticələri yaşamamış özlərini senzura etməsi — bu, qorxaqlığın zirvəsidir. Bu, acizlikdir.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İrlandiyalı tanınmış aktyor və “Taxt-Tac Oyunu” (Game of Thrones) serialında “Davos Seaworth” obrazının aktyoru Liam Kanninqem bir müsahibəsində Qəzzədə mülki insanların qətlə yetirilməsinə qarşı Hollivudun hərəkətsizliyi və səssizliyini tənqid edib.

Kanninqem, bu baş verənləri “həyatımızın ən dəhşətli hadisəsi” adlandıraraq deyib: “İnsanlığa olan ümidimi itirmirəm, amma bəzi məşhurların qorxaqlıq səviyyəsi utancvericidir.”

O əlavə edib: “Əgər bir gün övladınız sizdən soruşsa ki, bu hadisələr baş verərkən — ki, bunlar aydın şəkildə ekranlarda və sosial şəbəkələrdə görünürdü — sən nə etdin, və cavabın bu olsa ki, "mənə maraqlı deyildi", nə cavab verəcəksən?”

Liam Kanninqem, sənət adamlarının insan faciələri qarşısında mənəvi məsuliyyət daşıdığını vurğulayaraq deyib: “Mən istəmirəm ki, bir gün nəvələrimin gözünün içinə baxıb deyəm ki, heç nə etmədim. Çünki başqa seçim yoxdur. Əgər xəbərdarsansa və hərəkət etmirsənsə, bu, sənin vecinə olmadığını göstərir.”

Kanninqem həmçinin, peşəkar mühitdə qarşılaşacaqları reaksiyalardan qorxaraq Qəzzə barədə fikir bildirməkdən çəkinənlərə cavab olaraq bildirib: “Heç kim məni təhdid etməyib. Heç kim mənə heç nə deməyib. İnsanların hətta mümkün nəticələri yaşamamış özlərini senzura etməsi — bu, qorxaqlığın zirvəsidir. Bu, acizlikdir.”

O, sonda sənət adamlarının susqunluğunu anlamağın çətin olduğunu bildirərək deyib: “Bilmirəm onlar necə etiraz etmədən, heç nə demədən aynaya baxa bilirlər.”

Sizin rəyiniz

You are replying to: .
captcha