Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist sionist rejimin ibridilli qəzeti daxili ixtilafların şiddətlənməsi nəticəsində Netanyahunun koalisiya hökumətinin dağılması ehtimalına işarə edib.
Faşist Netanyahu hökumətinin sionist rejimin pozulmuş reytinqinin yaxşılaşdırılması məqsədilə, özü də dünya ictimaiyyətinin güclü təzyiqi altında humanitar yardımların Qəzzə zolağına cüzi girişi üzrə icazənin verilməsinə dair qərarı Netanyahunun koalisiya ortaqlarının, yəni bu rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçin hiddətlənmələrinə səbəb olub.
Smotriç bildirib ki, onun partiyası nazirlər kabinetinin gələcəyinin araşdırılması üçün təcili siyasi məşvərətlər keçirəcək. O, Netanyahunun fəaliyyəti ilə bağlı etimad böhranının mövcud olmasına işarə edib.
Ben-Qvirin üzvü olduğu partiya da Netanyahunun koalisiyasında iştirakın davam etməsi barədə məşvərətlər aparacaq.
Sionist rejimin Məariv qəzetinin yazdığına görə, sağçı cəbhənin dağılmasının nişanələri aşkar surətdə özünü göstərir.
Sionist rejimdə hakim koalisiyada parçalanma yeni bir şey olmasa da, Ben-Qvir və Smotriçin üzvləri olduqları partiyalardan hər birinin çıxması, koalisiya əksəriyyətinin əldə olunmamasına görə, Netanyahu hökumətinin çökməsinə gətirib çıxara bilər, zira bundan öncə “Yahadut ha-Tora” partiyası da Netanyahu koalisiyasından çıxmışdı.
Sizin rəyiniz