Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü cənab İsmail Bəqai faşist sionist rejim donanmasının Qəzzəyə humanitar yardım aparan “Hənzələ” gəmisinə beynəlxalq sularda hücumunu kəskin şəkildə pisləyib.
Cənab Bəqayi əlavə edib: ““Hənzələ” yardım gəmisinə və ondan əvvəl “Madelin” gəmisinə hücum beynəlxalq hüququn prinsip və qaydalarının açıq şəkildə pozulmasıdır və bütün hökumətlər və beynəlxalq forumlar tərəfindən pislənməlidir.”
Ölkəmizin Xarici siyasət orqanının sözçüsü sonda Qəzzaya tətbiq edilən blokadanın dərhal aradan qaldırılması, Qəzzaya humanitar yardımın dərhal və kifayət qədər çatdırılmasının və yardımın yalnız tanınmış beynəlxalq mexanizmlər vasitəsilə bölüşdürülməsinin zəruriliyini vurğuladı.
Sizin rəyiniz